Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Nizami rayon məktəblilərinin Naxçıvana səfəri sona çatıb

30 mart 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikada  keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının 26-29 mart 2018-ci il tarixlərini əhatə edən növbəti 9-cu mərhələsində Nizami rayon məktəbliləri Naxçıvanda səfərdə olublar.

Maarifləndirici xarakter daşıyan bu tur-aksiya zamanı məktəblilər bölgənin tarixi, adət-ənənələri, turizm obyektləri, tarixi-mədəni abidələri, özünəməxsus xüsusiyyətləri ilə  yaxından tanış olublar. 

Bundan əlavə, tur-aksiya iştirakçılarının asudə vaxtlarında konsert proqramları, intellektual oyunlar təşkil olunub, müxtəlif viktorinalar keçirilib.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan MR-dan qayıdan məktəblilər öz təəssüratları ilə bölüşüblər.

 
227 nömrəli tam orta məktəbin IX sinif şagirdi Səidə Məmmədova:

Naxçıvan gözəlliyi və heyrətamizliyini sözlə ifadə etmək qeyri-mümkündür, Bunun yalnız şahidi olmaq və həmin duyğuları hiss etmək lazımdır. Naxçıvan adlanan bu gözəlliklər diyarı həm mənim tarixi biliklərimi genişləndirdi, həm də mənə yeni dostlar qazandırdı.

 

220 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən İsayev:

“Ölkəmizi tanıyaq” layihəsi mənim üçün çox uğurlu oldu. Mən bu layihənin köməkliyi ilə yeni biliklər əldə etdim. Tarix kitablarında gördüyüm tarixi abidələr mənim üçün böyük qürur hissi oldu. Məsələn, Möminə Xatın türbəsini uşaqlıqdan görmək istəyirdim. Axır ki, bu istəyimə nail oldum. Həm də bu turun maraqlı olması üçün bizim gözəl müəllim kollektivimiz var idi. Eyni zamanda kiçik bir vaxt ərzində yeni dostlar əldə etdim.

 

 242 nömrəli tam orta məktəbin IX sinif şagirdi Müslüm Məmmədov:

"Ölkəmizi taniyaq" tur-aksiyasi vasitəsilə Naxçıvana gedənlərdən biri də mən idim. Bu, əlbəttə, mənim üçün çox qürurverici bir hiss idi. Bizim "Ölkəmizi taniyaq" tur-aksiyası vasitəsilə Naxçıvanın gözəl məkanlarını, tarixi abidələrini görmək şansımız oldu. Naxçıvan haqqında olan təəssüratlarım bu tur-aksiya vasitəsilə daha da genisləndi. Həmçinin 4 gün ərzində mən çoxlu dostlar qazandım.

 

129 nömrəli tam orta məktəbin IX sinif şagirdi Samirə Ağayeva:

Azərbaycanın cənnət güşələrindən biri olan Naxçıvana səyahət etdik. Bu xoş səyahət 
yaddaşımızda buraxdığı dərin izlərlə bizim həyatımızda mühüm rol oynadı.

 

 

251 nömrəli tam orta məktəbin X sinif şagirdi Aytac Quliyeva:

Mən Naxçıvan haqqında eşitsəm də, bu qədər gözəl olduğunu bilmirdim. Mən çox şadam ki, bu layihədə iştirak etdim və Naxçıvan haqqında olan bütün düşüncələrimi genişləndirdim.

201 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Vələdov:

Çox şadam ki, belə bir layihədə iştirak etdim. Biz bu layihə nəticəsində ölkəmizin gəzməli və görməli tarixi guşələri ilə yaxindan tanış olur və yeni biliklər əldə edirik. Bu layihə nəticəsində, həmçinin yeni dostlar qazanırıq. Mən ilk dəfə bu layihədə iştirak edirdim. Düşünürdüm ki, bu layihədə heç kimi tanımadığım üçün heç kimlə ünsiyyət qura bilmərəm. Lakin tam əksi oldu və bu məni sevindirdi. Bizim səfərimiz isə Naxçıvan Muxtar Respublikasına oldu. Mənim ən böyük arzularımdan biri məhz Naxçıvanı gəzmək, oranın görməli və gəzməli yerləri ilə yaxından tanış olmaq idi. Həqiqətən də bu layihə çox gözəl bir layihədir. Bu layihənin davamlı olmasını arzulayıram.

Azərbaycanın ayrı-ayrı guşələrini gənc nəslə daha yaxından tanıtmaq məqsədilə reallaşdırılan bu tur-aksiyanın təşkilinə görə ölkə başçısına minnətdarlığımızı bildiririk.

 

 

 

Keçidlər