Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib

13 aprel 2018 | 16:00

13 aprel 2018-ci il tarixində B.Nuriyev küçəsi 24, 26, 30 saylı ünvanlarda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən növbəti səyyar qəbul keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Sakinlər məhəllədaxili yolların asfaltlanması, məhəllələrdə qurumuş ağacların kəsilməsi, dam örtüyünü təmir olunması, binaların damında quraşdırılmış su çənlərinin götürülməsi, binaların qarşısında insanların hərəkətinə mane olan sakinlər tərəfindən çəkilmiş hasarların sökülməsi və digər təkliflərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib.

Keçidlər