Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayon məktəbliləri arasında təşkil olunmuş mini-futbol turnirinin final oyunu keçirilib

04 may 2018 | 16:00

04 may 2018-ci il tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunun stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayon məktəbliləri arasında təşkil olunmuş mini-futbol turnirinin final oyunu keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə ölkədə bütün sahələrin, o cümlədən idmanın və təhsilin inkişafının diqqət mərkəzində saxlanıldığını, bu gün də ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirildiyini qeyd edib. Çıxışının sonunda A.Qasımov yarış iştirakçılarına öz ürək sözlərini çatdıraraq uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təşkil olunmuş turnirdə 24 komanda olimpiya sistemi üzrə yarışıb. 242 və 250 nömrəli tam orta məktəblərin komandalarının iştirak etdiyi final oyunu 250 nömrəli məktəbin komandasının qələbəsi ilə yekunlaşıb.

Sonda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman Ismayılov və Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev qalib komandalara mükafatları təqdim ediblər.

Keçidlər