Şriftin ölçüsü :

Saytın rəngi :

328 №-li məktəbdə Keşlə qəsəbə nümayəndəliyinin yığıncağı

24 yanvar 2013 | 16:00

23 yanvar 2012-ci il tarixində 328 №-li məktəbdə Keşlə qəsəbə nümayəndəliyinin 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkili Sədaqət Vəliyeva, Şura üzvləri, Keşlə sakinləri və bələdiyyənin üzvləri, iş adamları, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Keşlə qəsəbə nümayəndəsi Qara Qarakişiyev 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzəsində qeyd etmişdir ki, hesabat ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Keşlə qəsəbəsində 640 şagird yerlik yeni məktəb binasının və qəsəbə sakinlərinin həmin məktəbə təhlükəsiz gəliş-gedişini təmin etmək məqsədilə Babək prospektində yeraltı piyada keçidinin istifadəyə verilməsi, 100 yerlik uşaq bağçasının təməlinin qoyulması sakinlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Bunlarla yanaşı, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Keşlə qəsəbəsi üzrə 2012-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlər vaxtında icra olunmuş, 3-cü Köndələn küçəsindən N.Abdullayev küçəsinə qədər 2500 m, 3-cü Köndələn küçəsindən M.Ağayev küçəsinə qədər 8000 m, Babək prospektindən N.Abdullayev küçəsinə 3000 m uzunluğunda 10 kV-luq elektrik veriliş xətləri yeraltı kabel xətləri ilə əvəz edilmiş, 6 kV-luq 3 yeni paylayıcı qurğu və 2 ədəd 25 MVA-lıq transformator quraşdırılmış, 35/6 kV-luq 249 saylı yarımstansiya yenidən tikilmiş, Əfkari və N.Abdullayev küçələrində 2 ədəd TM, P.Fərzəliyev küçəsində isə 1 ədəd KTM yenidən qurulmuş və 0,4 kV-luq kabel xətləri tamamilə dəyişdirilmişdir. Qəsəbənin 1-ci Köndələn, D.Aslan və P.Fərzəliyev küçələrində müxtəlif diametrli 13900 p/m qaz xətti küçəyə çıxarılmış, “Nizami-NZS” qaz xəttinin 920 p/m hissəsi dəyişdirilmiş, “Nizami-Keşlə” daşıyıcı qaz kəmərindən N.Abdullayev küçəsinə ayrılan 6858 p/m, M.Ağayev küçəsinə ayrılan 2698 p/m, “Zavodlar” daşıyıcı qaz xəttindən ayrılmaqla “Şəfa” stadionunun yanından “Bakı Ayaqqabı-2” ASC-yə qədər 1380 p/m yeni qaz xətti çəkilmişdir. 3685 mənzildə mexaniki qaz sayğacı “Smart kart” tipli sayğaclarla əvəz olunmuşdur.
Eyni zamanda, Babək prospektində “Venera” şadlıq sarayının qarşısında yağış sularının axıdılması üçün yeni kanalizasiya xətti çəkilərək mərkəzi kollektora birləşdirilmiş, 1-ci Köndələn küçəsində 150 p/m kanalizasiya xətti, Ə.Əzimzadə küçəsində 250 p/m yeni su xətti çəkilmiş, 3 ünvanda məişət tullantıları meydançası tikilmişdir.
2012-ci il ərzində qəsəbənin N.Abdullayev, M.Ağayev, Qafqaz və O.Vəliyev küçələrinə ümumilikdə 86000 m2 asfalt örtüyü döşənmişdir. Hazırda Babək prospekti ilə Əfkari küçəsinin kəsişməsində piyada keçidinin, Heydər Əliyev prospektində yerləşən “Şəfa” stadionunun qarşısında yeraltı avtomobil yolunun və piyada keçidinin inşası davam etdirilir.
Hesabat yığıncağına yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Keşlə qəsəbəsində həllini gözləyən bir sıra məsələlərlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
 

Keçidlər