Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib

29 may 2018 | 16:00

29 may 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Uşaqlar dünyanın sevincidir” adlı  tədbir keçirilib.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova tədbirdə iştirak edən bütün uşaqları və onların valideynlərini 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək bildiriblər ki, hər bir dövlət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Natiqlər ölkəmizdə də bu mühüm məsələyə qayğı ilə yanaşıldığını, uşaq hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildiriblər. 

Tədbirdə gənc müğənnilər Mütəllim Mütəllimov, Elnur Məmmədov və “Xan” rəqs qrupu öz rəngarəng çıxışları ilə uşaqlara sevinc bəxş ediblər.

Eyni zamanda, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları da maraqlı rəqslərlə çıxış ediblər.

Keçidlər