Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

21 fevral 2013 | 16:00

20 fevral 2013-cü il tarixində İcra Hakimiyyətində 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və millət vəkilləri Rövnəq Abdullayev, Sədaqət Vəliyeva, Rasim Musabəyov iştirak etmişlər.
Qonaqlar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Rayon İcra Hakimiyyəti binasının foyesindəki büstü önünə tər gül dəstələri düzmüşlər.
Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq hesabatı təqdim etdi, sonra 2012-ci ildə rayonun sosial-iqtisadi inkişaf vəziyyətini, rayonda həyata keçirilmiş abadlıq-quruculuq işlərini, Prezident İlham Əliyevin rayon ərazisində yeni inşa olunmuş və əsaslı təmir edilmiş təhsil müəssisələrinin, idman və digər sosial-mədəni obyektlərin açılış və təməlqoyma mərasimlərindəki iştirakını əks etdirən film nümayiş olundu.
Filmin nümayişindən sonra tədbirdə çıxış edən natiqlər bir sıra dünya ölkələrinin qlobal maliyyə böhranı ilə üzləşməsinə rəğmən, Azərbaycanın 2012-ci ildə də mühüm nailiyyətlərə imza atmasını – qeyri-neft sektorunun inkişafını, inflyasiyanın optimal həddə saxlanılmasını, əhalinin sosial rifah halının yaxşılaşdırılmasını diqqətə çatdırdılar, respublikanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğuladılar.
Hesabat yığıncağına yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ölkə Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı, eləcə də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı proqram xarakterli nitqlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı görüləcək işlərdən, həmçinin 2013-cü ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı və 2013-cü ildə də qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə etdi.
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.

Keçidlər