Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 26 iyun Narkotiklərlə Mübarizə Günü münasibətilə tədbir keçirilib

07 iyun 2018 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının təşkilatçılığı ilə 07 iyun 2018-ci il tarixində 109 №-li tam orta məktəbdə 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Narkomaniyaya qarşı hamılıqla mübarizə aparmalıyıq!” adlı tədbir keçirilib. Tədbirdə qonaqlar, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq bugünkü tədbirin 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar təşkil edildiyini bildirib.

Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov bununla bağlı məlumat verərək qeyd edib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulub.

Tədbirdə həmçinin Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək, narkomanlığın cəmiyyətə vurduğu yaralardan söhbət açıb, yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativi olmadığını diqqətə çatdırıb və gənclərə asudə vaxtlarının səmərəli keçirmələri üçün dəyərli tövsiyələrini verib. M.Əliyev həmçinin qeyd edib ki, bütün bəlaların başında zərərli vərdişlər və onlara aludəçilik durur, odur ki, sağlam həyat tərzi hər bir gəncin, məktəblinin devizinə çevrilməlidir.

109 №-li tam orta məktəbin direktoru Füzuli Xudiyev təşkilatçılara minnətdarlığını bildirib və xüsusi olaraq vurğulayıb ki, yeniyetmə-gənclərimizi zərərli vərdişlərdən uzaqlaşdırmaq istiqamətində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti vardır.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.

 

Keçidlər