Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
08 iyun 2018-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən B.Nuriyev küçəsi 10a və 12 saylı ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, Nizami bələdiyyəsinin üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Sakinlər xeyir-şər evinin dam örtüyünün təmiri, məhəllədəki ağacların suvarılması üçün su kranlarının qoyulması, tüstü bacalarının təmizlənməsi, uşaqlar üçün əyləncə və idman qurğularının quraşdırılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənildikdən sonra müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Eyni zamanda, Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Nizami rayonunda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sakinlər problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.