Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
14 iyun 2018-ci il tarixində Ramazan bayramı münasibətilə rayon ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, “Veysəloğu” şirkətinin Korporativ Sosial Məsuliyyət üzrə meneceri Xəyal Verdiyev və “Azərbaycan Qızıl Aypara” Cəmiyyətinin Nizami rayon bölməsinin sədri Rəna İbrahimova Ramazan bayramı münasibətilə aztəminatlı ailələri təbrik edib, bu günlərdə ehtiyacı olan insanlara kömək göstərilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıblar.
Sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon ərazisində yerləşən “Veysəloğu” şirkətinin təşəbbüsü ilə hazırlanmış bayram sovqatları aztəminatlı ailələrə paylanılıb.
Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.