Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

21 iyun 2018 | 16:00

Rayon sakinlərinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli, onların təklif və rəylərinin dinlənilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən sakinlərin mütəmadi səyyar qəbulları keçirilir və müvafiq tədbirlər görülür.

21 iyun 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Ə.Kürçaylı küçəsi 5, 7, 9 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, liftlərin, kanalizasiya sisteminin təmir edilməsi, binada giriş qapılarının qoyulması, məhəllələrdəki ağacların suvarılması üçün su kranlarının qoyulması, məhəllədaxili yolların asfaltlanması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Qəbulda sakinlərin təklif və rəyləri dinlənilib, müvafiq izahatlar verilib, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Rayon sakinləri ölkəmizdə, eləcə də rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərini, aparılan köklü islahatları, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər