Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Rayon İcra Hakimiyyətində keçirilən qəbullarla yanaşı, Rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər də əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıyır.
11 iyul 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən İ.Məmmədov küçəsi 2, 2/4, 3, 8 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinləri narahat edən problemlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Sakinlər tərəfindən məhəllədə asfalt örtüyünün yenilənməsi, uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, binada istilik sisteminin təmir edilməsi və digər qaldırılan məsələlər Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həll edilməsi üçün nəzarətə götürülüb.