Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

11 may 2013 | 15:00

1 - 10 may 2013-cü il tarixlərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
01 may tarixində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Rüstəmov küçəsi 56 ünvanında AFFA-nın prezidenti, millət vəkili Rövnəq Abdullayevin iştirakı ilə mini stadionunun açılışı olmuşdur.
Elə həmin gün Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ümummilli liderin xatirəsinə həsr olunmuş rayon məktəbləri arasında mini futbol turnirinin final oyunu keçirilmişdir. Turnirin qalibi 214 saylı orta məktəbin komandası olmuşdur.
02 may tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Respublika Ağsaqqallar Şurası ilə birgə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda toplantı keçirilmişdir. Toplantıda şuranın sədri Fəttah Heydərov iştirak etmişdir.
Natiqlər ümummilli lider Heydər Əliyevin gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdən, onların müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında böyük səyi olduğu vurğulamışlar.
Çıxışçılar tərəfindən qeyd edildi ki, 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünün irəli sürülməsi, “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” sərəncamın imzalaması və Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunması ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Sonda Heydər Əliyevin yalnız dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu deyil, eyni zamanda gənclər siyasətinin də qurucusu olduğu diqqətə çatdırıldı.
Həmin gün 62 saylı orta məktəbdə "Ata Heydər bir tarixdir" adlı tədbir keçirilmişdir.
Tədbirdə məktəblilərin hazırladıqları ədəbi bədii kompozisiya təqdim edildi.
Kompozisiyadan sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Ümummilli lider Heydər Əliyevin nurlu zəkasının daim Azərbaycana işıq saçdığını və ulu öndərin uğurlu siyasətinin nəticəsi kimi Azərbaycanın bu gün Cənubi Qafqazda lider dövlətə çevrildiyini vurğuladı.
Rayon ərazisində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində ümumrayon iməcilikləri keçirilmiş, M.X.Şərifli küçəsi 84, 86, 88, 98, 100, C.Naxçıvanski küçəsi 88, 90, Çobanzadə küçəsi 57, Ə.Kürçaylı küçəsi 4, 6, 8 ünvanlarda, Ş.Mirzəyev və Şərifli küçələrinin kəsişməsində yerləşən ərazidə ümumilikdə 450 ağac – 100 Xan çinarı və 350 Şam ağacı əkilmişdir.
07 may tarixində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tanınmış incəsənət xadimlərinin iştirakı ilə Heydər bağı park-bulvarda möhtəşəm konsert proqramı keçirilmiş və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası tərəfindən canlı yayımlanmışdır. Konsert atəşfəşanlıqla yekunlaşmışdır.
10 may tarixində C.Naxçıvanski adına hərbi liseydə Şahin hər-idman oyunlarının respublika mərhələsi keçirilmiş və rayonun 220 saylı məktəb-liseyinin komandası uğurlu qələbə qazanaraq birinci yerə layiq görülmüşdür.

Keçidlər