Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

12 sentyabr 2018 | 16:00

12 sentyabr 2018-ci il tarixində 32 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Özbəkistan küçəsi 5, Q.Qarayev prospekti 4, 6, 8, 10, 10a , İ.Müzəffəroğlu küçəsi 3, 6 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Qəbulda sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, binanın dam örtüyünün, pilləkən qəfəslərinin təmir olunması, küçə işıqlarının bərpası, binaların qarşısındakı ağacların suvarılması üçün su kranlarının qoyulması, ağacların budanması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

 

 

Keçidlər