Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayon Qadınlarının Konfransı keçirilmişdir

19 aprel 2013 | 15:00

18 aprel 2013-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsi çərçivəsində Nizami rayon Qadınlarının Konfransı keçirilmişdir.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkilləri Sədaqət Vəliyeva və Flora Qasımova iştirak etmişlər.
Konfransı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq Azərbaycan qadınının cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlərinin və ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsində müstəsna xidmətlərinin olduğunu, onun Şərqdə ilk dəfə olaraq demokratik cəmiyyətin fəal üzvünə çevrildiyini bildirmişdir.
Daha sonra Aynur Sofiyeva, Sədaqət Vəliyeva, Flora Qasımova, Gülnaz İsrafilova və Almaz Əsgərova çıxışlarında respublikamızın dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qadınları qarşısında yeni imkanların açıldığını, 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyada qadınların kişilərlə bərabər hüquqlara malik olmasının nəticəsində onların siyasi, iqtisadi, mədəni proseslərdə və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verildiyini və qısa müddət ərzində Azərbaycan qadınının yüzilliklərə bərabər inkişaf yolu keçdiyini qeyd etdilər.
Azərbaycan qadınları cəmiyyətimizdə gedən proseslərdə fəal iştirak etmək üçün yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaradaraq onların vəziyyətinin yaxşılaşdırılmasına, onların sosial-iqtisadi problemlərinin həllinə çalışırlar. Çıxışçılar bu gün də yeni qadın təşkilatlarının formalaşdığını, mövcud təşkilatların isə öz şəbəkəsini, fəaliyyət dairəsini genişləndirdiyini qeyd etdilər.
Həmişə Azərbaycan qadınının sülhün, əmin-amanlığın carçısı olduğunu və daim milli dövlətçilik mövqeləri ilə seçildiyini bildirdilər.
Konfransın yekununda Azərbaycan Qadınlarının IV Qurultayına Nizami rayonunu təmsil edəcək 33 nəfər qadın seçilmişdir.

Keçidlər