Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Zəmanəmizin ən böyük Azərbaycanlısı” adlı ümumrayon tədbir keçirilmişdir

28 aprel 2013 | 15:00

27 aprel 2013-cü il tarixində 201 nömrəli orta məktəbdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Zəmanəmizin ən böyük Azərbaycanlısı” adlı ümumrayon tədbir keçirilmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Süsən xanım Salmanova açdı və ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra iştirakçıları məktəblilərin hazırladığı “Zəmanəmizin ən böyük Azərbaycanlısı” adlı ədəbi bədii kompozisiyaya baxmağa dəvət etdi.
Bədii kompozisiya vasitəsilə məktəblilər ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasını müstəqil dövlət kimi dünya ölkələrinə tanıtdırana və söz sahibi etdirənə qədər keçdiyi uzun və şərəfli ömür yolunu şeirlər, mahnılar və monoloqlarla təbdir iştirakçılarına çatdırdılar.
Kompozisiyanın sonunda millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov və Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışlarında Azərbaycan Respublikasının müasir tarixinin böyük bir dövrünün ulu öndər Heydər Əliyevin möhtəşəm quruculuq fəaliyyəti ilə sıx bağlı olduğunu, zəngin idarəçilik təcrübəsi ilə Azərbaycanı ağır vəziyyətdən çıxararaq uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin etdiyini və ulu öndərin şəxsiyyətinin tükənməz və öyrənildikcə öyrəniləsi bir ümman olduğunu qeyd etdilər.

Keçidlər