Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilər Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola salınıblar

14 noyabr 2018 | 16:00

14 noyabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yolasalınma mərasimi keçirilib.

Öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülərək onun əziz xatirəsi yad edilib.

Yolasalma mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl Azərbaycan vətəndaşı kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması üçün dövlət tərəfindən tədbirlər görüldüyünü və daim diqqət mərkəzində saxlanıldığını söyləyərək, “Ölkəmizi tanıyaq” tur aksiyasının da dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsi olduğunu vurğulayb. G.İsrafilova artıq 10-cu dəfə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-askiyasının təşkil edildiyini və rayon məktəblərinin ən qabaqcıl, biliyi və istedadı ilə seçilən nümunəvi 40 şagirdinin Gəncə-Şəmkir-Göygöl bölgələrinə yola salındığını qeyd edib və məktəblilərə uğurlu yol diləyib.

Mərasimdə çıxış edən şagirdlər belə turlardan razılıq ifadə edərək, dövlət başçısına öz təşəkkürlərini bildiriblər.

Mərasimdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramı ilə çıxış ediblər.

Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola salınıblar.

 

Keçidlər