Nizami rayonunda “Sağlam həyat tərzi-sağlam gənclik və sağlam gələcək” mövzusunda görüşlər keçirilib
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2018-ci il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə noyabr ayının 8-də 1 №-li Baki İdman liseyində, noyabr ayının 14-də isə 62 №-li məktəb liseydə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Sağlam həyat tərzi-sağlam gənclik və sağlam gələcək” mövzusunda görüşlər təşkil edilib.
Görüşlərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Müşfiq Aslanov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, 24-cü Polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Cövdət Məmmədov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov və tədris müəssisələrinin direktorları Əli Əliyev və Mətanət Cabbarlı çıxış edib, sağlam həyat tərzinın formalaşdırılması ilə bağlı şagirdlərə maarifləndirici tövsiyələrini verib, zərərli vərdişlər, onların törətdiyi fəsadlar haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Çıxışlarda xüsusilə vurğulanıb ki, gənc nəslin sağlam ruhda böyümələri, zərərli vərdişlərdən birdəfəlik uzaq durmaları üçün hər birimiz əməli fəaliyyət göstərməli, bu istiqamətdə təbliğat işlərini daha da gücləndirməli, yerlərdə mütəmadi görüşlər keçirməliyik. Çünki gələcəyimizi yalnız sağlam ruhda böyüyən gənclərə etibar edə bilərik.
Görüşlərdə şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarxı nümayiş olunub.