Şriftin ölçüsü :

Saytın rəngi :

"Qayğı" reabilitasiya mərkəzinin açılışı

04 may 2013 | 15:00

03 may 2013-cü il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli "Qayğı" reabilitasiya mərkəzinin açılışında iştirak etmişdir.
Ə.Əzimzadə küçəsi 1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli "Qayğı" reabilitasiya mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Mehriban xanım Əliyeva binada yaradılmış şəraitlə tanış oldu. Tanışlıq çərçivəsində Mehriban xanım Əliyeva mərkəzdəki prosedur, yataq, qrup, trenajor, oyun, massaj, həkim otaqlarına baxdı və həyəti gəzdi.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov "Qayğı" reabilitasiya mərkəzinin 1952-ci ildə inşa olunmuş və Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən "Zanbaq" uşaq bağçası binasının bazasında yaradıldığını bildirərək qeyd etdi ki, ötən ilin sonlarından yenidən qurulmasına başlanılan bağçanın konstruksiyası dəmir-beton kəmərlərlə gücləndirilmiş, bağça binasına 73 kvadratmetrlik tikili əlavə olunmuş və ərazidə fiziki qüsurlu uşaqların müalicəsi üçün nəzərdə tutulmuş 265 kvadratmetrlik qapalı hovuz inşa olunmuşdur.
Həmçinin reabilitasiya mərkəzinin serebral iflic keçirmiş 30-50 uşaq üçün nəzərdə tutulduğu, bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6 yaşarası uşaqların tərbiyə və müvafiq müalicə alacaqları və içməli su, yanğından mühafizə hovuzları və 56 ədəd nəzarət kamerası ilə təchiz olunduğu bildirildi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi və tövsiyələrini verdi.

Keçidlər