Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Nizami rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl bölgəsinə səfər ediblər

19 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsində Nizami rayon məktəbliləri 14-17 noyabr 2018-ci il tarixində Gəncə-Şəmkir-Göygöl bölgəsinə səfər ediblər.

Məktəblilər səfər zamanı Azərbaycanın ikinci ən böyük və qədim şəhəri olan Gəncə ilə yaxından tanış olublar, iştirakçılar üçün  Qədim Qala divarları, Gəncə tarix diyarşünaslıq muzeyi, “İmamzadə” Kompleksi, Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi adına mərkəz, Heydər Əliyev adına Milli Park, Heydər Əliyev Mərkəzi,  Cavad xan  Məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Amfiteatr,  Gəncə Dövlət  Filarmoniyası, Gəncə bulvarına ekskursiyalar təşkil edilib.

Şəmkir rayonunda olarkən tur-aksiya iştirakçıları Gənclər Mərkəzi, Bayraq Muzeyi, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı, Göygöl şəhərində isə Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq muzeyi, Gənclər Mərkəzi, Alman kirxası, Tarix-diyarşünaslıq muzeylərində olublar.

Maarifləndirici xarakter daşıyan bu tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında ətraflı məlumat verilib. Həmçinin səfər zamanı respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə tur-aksiya iştirakçılarında əyani təsəvvür yaranıb.

Eyni zamanda, səfər zamanı məktəblilərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli proqramlar təşkil olunub.

Gəncə-Şəmkir-Göygöl bölgəsindən səfərdən qayıdan məktəblilər xoş təəssüratları ilə bölüşərək, ölkə başçısına “Ölkəmizi tanıyaq” tur-aksiyasının təşkilinə görə minnətdarlıqlarını bildiriblər və belə turların gənc nəslin ölkənin bölgələri ilə yaxından tanış olmağa imkan yaratdığını, dünyagörüşlərini artırdığını və biliklərini daha da zənginləşdirdiyini söyləyiblər.

Fotolar: /gallery/29.html

 

Keçidlər