Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib

21 noyabr 2018 | 16:00

21 noyabr 2018-ci il tarixində Nizami Rayon Məhkəməsində Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ədliyyə və məhkəmə orqanlarının bir qrup əməkdaşı iştirak edib.

Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov peşə bayramı günü münasibətilə ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edib. Ölkəmizdə ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi olduğunu söyləyən Ə.Cəfərov Azərbaycan ədliyyəsinin yaranmasından 100 il ötdüyünü qeyd edib. Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparıldığını, ədliyyə orqanlarının fəaliyyətinin genişləndirildiyini, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqinin təmin edildiyini, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Ədliyyə sistemi işçilərini peşə bayramı günü münasibətilə təbrik edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı gününün ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edildiyini və bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunduğunu bildirib. A.Qasımov cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, ədliyyə sisteminin məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşdiyini, yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edib.

Tədbirdə çıxış edən ədliyyə işçiləri ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edərək, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışacaqlarını bildiriblər.  

Tədbirin sonunda 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup ədliyyə işçisi  Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Keçidlər