Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

03 dekabr 2018 | 16:00

3 dekabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 №-li xüsusi məktəbdə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova əlillərin sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə ehtiyacı olduğunu söyləyərək, onların hüquqlarının qorunmasının ən ümdə məsələlərdən biri olduğunu qeyd edib və ölkəmizdə əlillərə dövlət qayğısının ildən-ilə artdığını, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasında və bacarıqlarının üzə çıxarılmasında önəmli addımların atıldığını, əlil uşaqların təhsil almaları üçün xüsusi təhsil müəssisələri və internat məktəblərinin yaradıldığını, onların əməklə məşğul olmaları üçün xüsusi iş yerlərinin açıldığını söyləyib.

Sonra məktəbin direktoru Nüşabə Heydərova qonaqları əqli və fiziki cəhətdən qüsurlu uşaqların əl işləri ilə tanış edib.

Daha sonra, tədbir Nizami Rayon Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş musiqili konsert proqramı ilə davam etdirilib.  Eyni zamanda, 3 №-li xüsusi məktəbin uşaqları da musiqili-əyləncəli proqramla çıxış ediblər.

Sonda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə uşaqlara hədiyyələr paylanılıb.  

 

Fotolar: /gallery/32.html

 

Keçidlər