Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “20 yanvar – Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

15 yanvar 2019 | 16:00

15 yanvar 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 62 saylı məktəb-liseydə 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “20 yanvar – Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Cabbarova qonaqları salamlayaraq tədbir haqqında məlumat verib. O, 20 yanvar faciəsinin əsla unudulmadığını, bu qanlı hadisədə əli olanların tarix qarşısında cavab verəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirib ki, 20 yanvar faciəsi xalqımızın azadlıq əzmini qıra bilmədi. Əksinə müstəqillik düşüncələrinin formalaşmasına, istiqlaliyyətə gedən yolu yaxınlaşdırdı. S.Vəliyeva bu gün ölkədəki ictimai-siyasi sabitliyə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov 20 yanvar hadisələri ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, bu qanlı hadisədə 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Bu qanlı hadisəyə ilk siyasi qiymətin, məhz o dövrdə Moskva şəhərində yaşayan ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini söyləyən M.İbrahimov, ulu öndərin Azərbaycan nümayəndəliyinə gələrək, hadisədə əli olanları lənətlədiyini və SSRİ rəhbərliyini bu qanlı cinayətlərə görə ittiham etdiyini diqqətə çatdırıb.

Tədbirdə məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 

Fotolar: /gallery/35.html

Keçidlər