Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2018-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilib

23 yanvar 2019 | 16:00

9 yanvar 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli, 16 yanvar 2019-cu il tarixində 2 nömrəli və 23 yanvar 2019-cu il tarixində 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2018-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilib.

Yığıncaqlarda Nizami rayonu üzrə 2018-ci ilin sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb, sakinlərin kommunal sahədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapdığı qeyd edilib.

Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri 2018-ci ilin yekunlarına dair hesabat məruzələri ilə çıxış ediblər, eyni zamanda xidmət sahələrinin rəhbərləri də görülən işlər və ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat veriblər.

Yığıncaqlarda əhalini narahat edən məsələlərə toxunulub, qaldırılan problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb, həmçinin qarşıda duran vəzifələrdən danışılıb.

 

Keçidlər