Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə bayramı Günü münasibətilə tədbir keçirilmişdir

23 iyun 2013 | 15:00

22 iyun 2013-cü il tarixində “Muğam ocağı” istirahət mərkəzində Dövlət Qulluqçularının Peşə bayramı Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva iştirak etmişdir.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov açaraq, dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etdi.
Sonra təbrik üçün söz alan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov və millət vəkili Sədaqət Vəliyeva 23 İyun tarixinin BMT Baş Assambleyası tərəfindən Dövlət Qulluğu günü elan edildiyini, ölkə rəhbəri cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə bu günün respublikamızda da Dövlət Qulluqçularının Peşə bayramı günü kimi qeyd edilməyə başlandığını bildirdilər.
Natiqlər ölkədə dövlət qulluğu sisteminin inkişafında və təkmilləşməsində ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu vurğulayaraq, 2000-ci ildə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsinin ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoyduğunu, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələrinin müəyyənləşdirdiyini qeyd etdilər. Həmçinin Prezident cənab İlham Əliyevin 2005-ci ildə imzaladığı Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının yaradılmasının dövlət qulluğunda şəffaflığın artırılmasına xidmət etdiyini diqqətə çatdırdılar.
Sonda Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Q.Məmmədov və millət vəkili Sədaqət Vəliyeva peşə bayramı münasibətilə dövlət qulluqçularını bir daha təbrik edərək dövlət qulluğunda fərqlənənlərə hədiyyələr təqdim etdilər.

Keçidlər