Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral – Azərbaycan Gəncləri günü münasibətilə Horadiz şəhərində yerləşən “N” nömrəli hərbi hissənin şəxsi heyəti üçün bayram konserti təşkil edilib

31 yanvar 2019 | 16:00

31 yanvar 2019-cu il tarixində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Nizami Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri günü münasibətilə Horadiz şəhər Muğam Mərkəzində Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin şəxsi heyəti üçün bayram konserti təşkil edilib.

Görüşdə çıxış edənlər 2 fevral gününün Gənclər Günü kimi elan olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və prezidentliyi dövründə ölkə gənclərinin onun daim diqqət və qayğısını öz üzərlərində hiss etdiklərini qeyd edərək, bildiriblər ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Eyni zamanda, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmalarına kömək göstərdiyini diqqətə çatdırıblar.

Natiqlər çıxışlarının sonunda hərbi qulluqçular və əsgərləri 2 Fevral – Azərbaycan Gəncləri günü münasibətilə təbrik edib, şərəfli vəzifə borclarını yerinə yetirmələrində uğurlar arzulayıblar.

Şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edən müğənnilər Elnur Məmmədov, Zeynəb Həsəni, aşıq Cavid Əliyev və rəqqasə Səbinə İsmayılovanın çıxışları maraqla qarşılanıb və əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

 

Keçidlər