24 iyul 2013-cü il tarixində İcra Hakimiyyətində 2013-cü ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
24 iyul 2013-cü il tarixində İcra Hakimiyyətində 2013-cü ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
İclasda millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
İclası giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikanın sosial-iqtisadi vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirə olunduğunu bildirdi. T.Budaqov respublikanın iqtisadi göstəricilərinin yüksək olduğunu və bunun nəticəsi olaraq ümumi daxili məhsulun artdığını, qeyri-neft sektorunun inkişaf etdiyini bildirdi. Həmçinin qeyri-neft sektoru sahəsində ən böyük infrastruktur layihəsi olan Taxtakörpü su anbarının istismara verilməsi ölkənin həm içməli su problemin həlli yolunda, həm də suvarma sahəsində ilk işin başlanğıcı olduğunu söylədi. Sonra T.Budaqov 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə üçün sözü başçının müavini İldırım Mehdiyevə verdi.
İ.Mehdiyev 6 ay ərzində rayonun müxtəlif sahələri üzrə əldə edilmiş göstəriciləri və görülmüş işlər barədə geniş hesabat etdi.
Məruzə ətrafında Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadir Eyvazov və Rayon Sukanal İdarəsinin rəisi Mahir Cəfərli hesabat dövründə görülən işlərlə bağlı yığıncaq iştirakçılarına məlumat verdilər.
Daha sonra millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov ölkədə aparılan uğurlu daxili və xarici siyasətdən söz açaraq ölkəmizin uğurlarının göz önündə olduğunu və bunun nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini, həmçinin bəzi qüvvələrin də bu inkişafa kölgə salmaq istədiklərini bildirdilər.
Yığıncağın sonunda Rayon İcra Hakimiyyətinin başçısı T.Budaqov rayonun 2013-cü ilin birinci yarısının sosial-iqtisadi göstəricilərindən və görülmüş işlərdən məmnunluğunu ifadə edərək hər bir idarə, müəssisə və təşkilatlara bundan sonra da məsuliyyətlə çalışmağı, rayonun göstəricilərinin daha da yüksək olmasına nail olmağın qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu və qarşıda duran vəzifələrin layiqincə yerinə yetirməsinin vacibliyini diqqətə çatdırdı.