Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Uşaq və yeniyetmələr arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda seminar müşavirə keçirilib

12 fevral 2019 | 16:00

12 fevral 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə YAP Nizami rayon təşkilatında rayonun ümumtəhsil məktəblərinin rəhbər və tibb heyəti işçiləri, uşaq poliklinikalarının baş həkimləri, yeniyetmələr kabinetinin həkimləri ilə seminar müşavirə keçirib.

Seminar müşavirədə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsinə yönəldilmiş tibbi sanitariya xidmətinin və rasional qidalanmasının təşkili, uşaq və yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması, uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyanın, spirtli içkilərin və tütün çəkmənin zərərlərinə dair maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Respublika GEM-in Uşaq və yeniyetmələrin Gigiyenası bölməsinin müdiri İqbal Səfərova çıxışında uşaq və yeniyetmələrin profilaktik müayinələrinin yaşxılaşdırılması və uşaqların dərin tibbi müayinələrinin keyfiyyətli təşkilindən, təhsil müəssisələrində sanitariya-gigiyena qaydalarının və əksepidemik  rejimin gözlənilməsindən  danışıb.

Respublika GEM-in UYGB-nin aparıcı mütəxəssisi Narınc Orucova çıxış edərək, hər bir şagirdin yediyi qidanın enerji dəyərini hesablamağı bilməsi və buna vərdiş etməsinin, qida məhsulunu alarkən və ya yeyərkən qidanın üzərində göstərilən tərkib hissəsinə və son istifadə tarixinə nəzər salmağa adətkar olmasının onların sağlamlığı üçün böyük əhəmiyyət kəsb etməsini diqqətə çatdırıb, eyni zamanda tərkibində doymuş və trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarından istifadənin zərərləri barədə təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Daha sonra, çıxış edən Respublika GEM-in UYGB-nin həkim-gigiyenisti Mehriban Eminova uşaq və yeniyetmələrin təlim-tərbiyə aldığı məktəblərin, xüsusi ixtisaslı orta təhsil ocaqlarının 100% təhlükəsiz, keyfiyyətli su təminatı ilə təşkili işindən söz açıb.

Seminar-müşavirədə narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlərin həm şagirdlər, həm də valideynlər arasında aparılmasının və uşaqların icbari dispanserizasiyaya cəlbinin vacibliyi qeyd olunub.

Çıxışlardan sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər