Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” çərçivəsində tədbir keçirilib

13 fevral 2019 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında  Dini İşlər üzrə Komissiyanın  2019-cu il iş və tədbirlər planına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi və Nizami Rayon Polis İdarəsi ilə birgə 13 fevral 2019-cu il tarixində 32 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə”  çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq, Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiya tərəfindən 2019-cu il ərzində görüləcək işlər və keçiriləcək tədbirlər haqqında məlumat verib. B.Hüseynov fəaliyyət planında dini radikalizm və ekstremizmə qarşı mübarizə ilə əlaqədar tədbirlərə geniş yer ayrıldığını diqqətə çatdırıb və bununla bağlı keçiriləcək tədbirlərin intensivliyinin daha da artırılmasının zəruriliyini önə çəkib.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Aslan Sultanov və Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova çıxış edərək, dini radikalizm və ekstremizm, onun ağır fəsadları barəsində məlumatlar veriblər, məktəblilərə dini radikalizm təsirlərindən qorunmağa dair tövsiyələrini çatdırıblar. Çıxış edənlər yekdilliklə qeyd ediblər ki, dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var və bu işlər ardıcıl olaraq davam etdirilməlidir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Keçidlər