Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib
20 fevral 2019-cu il tarixində 229 №-li tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Nəsimi küçəsi 32, 37, 42, M.X.Şərifli küçəsi 94v, 96 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 №-li Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda sakinlər tərəfindən səsləndirilən rəy, təklif və problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, əlavə araşdırmalara ehtiyac duyulan digər məsələlər qeydiyyata alınaraq, rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.