Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Uşaq baxımsızlığı, təhsildən yayınma, uşaq əməyinin istismarı” mövzusunda təlim keçirilib

20 fevral 2019 | 16:00

20 fevral 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaq baxımsızlığı, təhsildən yayınma, uşaq əməyinin istismarı” mövzusunda təlim keçirilib.

Təlimdə Nizami, Nəsimi, Səbail, Binəqədi, Qubadlı, Zəngilan Rayon və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatlarının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının məsul katibləri və psixoloqları, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları iştirak ediblər.

Təlimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev uşaqların məcburi əməyə cəlb edilməsi və onların əməyinin istismar olunmasının müasir dünyanı narahat edən aktual problemlərdən biri olduğunu diqqətə çatdırıblar. Natiqlər ölkəmizdə uşaqların əmək hüquqları və onların müdafiəsi sahəsində, eyni zamanda uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə sahəsində aparılan işlərdən və onların nəticələrindən söz açıblar və bu istiqamətdə təbliğat-maarifləndirmə işlərinin artırılmasının vacibliyini vurğulayıblar.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin əməkdaşı Fərid Ədilov “Uşaq əməyi ilə bağlı beynəlxalq konvensiyalar və milli qanunvericilik” mövzusunda çıxış edib və mövzuya uyğun slaydlar nümayiş etdirilib.

F.Ədilov uşaq əməyi, onun formaları, uşaq əməyinə şərait yaradan faktorlar, uşaq əməyinə qarşı inteqrə olunmuş tədbirlərin elementləri, uşaq əməyinin ən pis formalarının qadağan edilməsi və aradan qaldırılması istiqamətində görülən tәdbirlәrdən, uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan və uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində beynəlxalq təcrübədən danışıb. Həmçinin məcburi əməyə cəlbetmə hallarının Azərbaycan qanunvericiliyində birmənalı olaraq qadağan olunduğunu diqqətə çatdırıb, normativ-hüquqi aktlarda bununla əlaqədar əksini tapan müddəalar barədə məlumat verib.

Çıxışlardan sonra suallar cavablandırılıb və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.

Keçidlər