24 aprel 2013-cü il tarixində İcra Hakimiyyətində 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
24 aprel 2013-cü il tarixində İcra Hakimiyyətində 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
İclasda millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
İclacı giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyini, həmin iclasda respublikanın sosial-iqtisadi vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirə olunduğunu bildirdi. T.Budaqov ölkənin iqtisadi durumunun yaxşılaşmasında, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində yüksək səviyyədə işlərin aparıldığını, qeyri-neft sektorunun inkişaf etdiyini, sosial sahədə xeyli işlərin görüldüyünü qeyd etdi. Həmçinin Prezident İlham Əliyevin 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etdiyini və bu ilin Azərbaycanda uğurla başladığını söylədi. Sonra T.Budaqov çıxış üçün sözü başçının müavini İldırım Mehdiyevə verdi.
İ.Mehdiyev 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları barədə hesabatla çıxış edərək rayonda I rüb ərzində görülmüş işlərdən və əldə olunmuş nailiyyətlərdən söz açdı.
Həmçinin 1 nömrəli XT MKTB-nin rəisi Emin Talıbov, 3 nömrəli XT MKTB-nin baş mühəndisi Bahadur Əsədov, DSMF Nizami rayon şöbəsinin müdiri Məhərrəm Novruzov məruzə ətrafında hesabat dövründə görülən işlər barədə çıxış etdilər.
Daha sonra millət vəkilləri Rasim Musabəyov və Sədaqət Vəliyeva çıxış edərək, respublikadakı sosial-iqtisadi vəziyyətdən, siyasi durumdan və qarşıda duran vəzifələrdən söz açdılar. Eyni zamanda Nizami rayonunda keçirilən görüşlərdə rayon sakinlərinin qarşıdan gələn prezident seçkilərində möhtərəm prezidentimiz İlham Əliyevi dəstəkləyəcəklərini bildirdiklərini qeyd etdilər.
Yığıncağın sonunda T.Budaqov çıxış edərək, respublikanın dinamik inkişafının təmin edilməsində Nizami rayonunun da öz yeri və payı olduğunu, aparılan uğurlu yenidənqurma işləri nəticəsində rayonun sənaye müəssisələrinin fəaliyyətinin daha da canlandığını, sakinlərin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret işlər görüldüyünü, təhsil və səhiyyə ocaqlarının təmir və bərpa olunduğunu, rayonda istilik, elektrik və qaz probleminin aradan qaldırılması istiqamətində xeyli işlər aparıldığını qeyd etdi. O, ölkə başçısı tərəfindən müəyyən olunmuş tədbirlər və Dövlət Proqramları ilə təsdiq olunmuş işlərin rayonda tam həcmdə və vaxtında yerinə yetirildiyini və Dövlət Proqramlarının icrası ilə əlaqədar aparılan işlərin Nizami rayon sakinlərinin yaşayış səviyyəsinin artırılmasına yönəldildiyini qeyd etdi.
Sonda T.Budaqov rayon üzrə 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarını müsbət qiymətləndirdiyini və bundan sonra da ölkə başçısının qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, rayonun daha da inkişaf etdirilməsi və rayon sakinlərinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində daha fəal işlər görülməsinin vacibliyini qeyd etdi.