Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
06 mart 2019-cu il tarixində 12 №-li tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Ə.Vəliyev küçəsi 3, Q.Qarayev prospekti 2, İ.Müzəffərroğlu küçəsi 3, 3a, 4, 6 ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Sakinlər məhəllənin abadlaşdırılması və işıqlandırılması, yaşadıqları binanın girişlərinin və dam örtüklərinin təmiri, kanalizasiya sistemində tutulmaların aradan qaldırılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənildikdən sonra müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Eyni zamanda, Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsi və rifah halının yüksəldilməsi ilə bağlı verilmiş sərəncamlar, o cümlədən minimum əmək haqlarının və pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Sakinlər problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.