Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Həyati bacarıqlara yiyələn!” mövzusunda təlim keçirilib

28 fevral 2019 | 16:00

28 fevral 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Həyati bacarıqlara yiyələn!” mövzusunda təlim keçirilib.

Təlimdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Reyhan Seyidova və Zahidə İsrafilova iştirak ediblər.

Təlimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilov Komitə tərəfindən uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, uşaqlarda ilkin həyati bacarıqların formalaşdırılması, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edərək, keçirilən tədbirlərin uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsi və liderlik keyfiyyətlərinin artırılmasında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, uşaqlara müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqların əldə edilməsi və onlardan səmərəli istifadə yolları və digər həyati bacarıqlarının inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verib, mövzu ilə bağlı uşaqlarla qrup işləri aparıb.

Keçidlər