Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 5 Mart Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

05 mart 2019 | 16:00

05 mart 2019-cu il tarixində 10 nömrəli tam orta məktəbdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə "Şən Startlar" devizli idman-konsert tədbiri keçirilib. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 10 nömrəli tam orta məktəbin direktoru Leyla Məmmədova və Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vasif İsayev çıxış edərək, 5 Mart Bədən Tərbiyəsi və İdman Günü haqqında məlumat verib, tədbir iştirakçılarına öz təbriklərini çatdırıblar. 

Tədbirdə məktəbin şagirdləri idmanın müxtəlif növləri üzrə öz məharətlərini göstərib, həmçinin, müxtəlif musiqi nömrələri nümayiş etdiriblər.
Bundan başqa, məktəbin şagirdlərindən təşkil olunmuş komandalar "Estafet" növündə yarışıblar.

Tədbirin yekununda fərqlənmiş iştirakçılara diplomlar təqdim olunub.

Keçidlər