Nizami rayonunda “Yeniyetmə gəncləri dini radikalizmdən qoruyaq!” mövzusunda tədbir keçirilib
13 mart 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi ilə birgə 129 nömrəli məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştiraklı ilə “Yeniyetmə gəncləri dini radikalizmdən qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Fuad Şiriniov, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə inspektoru, polis kapitanı Günay Qurbanova və 129 nömrəli tam orta məktəbin direktoru Esmira Quliyeva çıxış edərək bildiriblər ki, yeniyetmə gəncləri radikal dini düşüncələrdən və ekstremist meyilllərdən qorumaq məqsədilə mütəmadi olaraq yerlərdə maarifləndirici tədbirlərin təşkil edilməsinin, onlarla görüşlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Bu məqsədlə də dini radikalizmə və ekstremizmə qarşı mübarizə tədbirlərinin intensivliyi daha da artırılmalı, aidiyyəti qurumlar cəlb olunmaqla, geniş ictimaiyyətin iştirakı ilə xüsusi tədbirlər planınına əsasən davamlı olaraq aparılmalıdır.
Çıxışlarda dini radikalizm və ekstremizm, onların törətdiyi sosial bəlalar, habelə dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində aparılan tədbirlər barədə, geniş məlumatlar verilib.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş olunub və iştirakçıların sualları cavablandırılıb.