25 may 2013-cü il tarixində Rayon İcra Hakimiyyətində 28 May Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
25 may 2013-cü il tarixində Rayon İcra Hakimiyyətində 28 May Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısı Tahir Budaqov açıq elan edərək dövlət himninin səsləndirilməsi ilə başladı.
T.Budaqov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdəki fəaliyyətindən, XX əsrin sonlarında Azərbaycanın yenidən müstəqilliyinin bərpa olunaraq, ulu öndər tərəfindən Xalq Cümhuriyyətinin atributlarının, Azərbaycanın dövlət bayrağı və himninin yenidən Azərbaycana qaytarılmasından söz açmışdır. O, eyni zamanda Azərbaycanın hazırda dünyada tutduğu yerin Heydər Əliyev siyasətinin məntiqi nəticəsi olduğunu qeyd edərək Azərbaycanın müstəqilliyinin dönməz sarsılmaz formasını dünyaya göstərmişdir.
Sonra “Dövlət müstəqilliyi xalqımızın böyük sərvətidir” mövzusunda məruzə ilə çıxış etmək üçün söz Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovaya verildi. G.İsrafilova milli dövlətçilik tariximizdə 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik hadisə olmaqla yanaşı, milli qurtuluş uğrunda uzun və ağır mübarizənin məntiqi yekunu olduğunu söyləyərək, qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumətin cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardığını, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyini bildirərək qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətçilik atributlarını yaradaraq dövlət quruculuğu sahəsində mühüm addımlar atdığını, Azərbaycanın milli ordusunu formalaşdırdığını, 1918-ci ilin iyunun 27-də Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycan dilinin rəsmən dövlət dili elan edildiyini, həmin il noyabrın 9-da isə Azərbaycanın indiki üçrəngli dövlət bayrağının qəbul edildiyini, dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk özünün parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildiyini qeyd etdi.
G.İsrafilova Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci il aprelin 28-də süqutundan sonra, nəhayət, 1991-ci ildə xalqımızın özünün dövlət müstəqilliyini bərpa etdiyini, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövlətinin yaradıldığını, məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində ölkəmizin mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı bacardığını, ümummilli liderin səyləri nəticəsində qısa müddətdə dövlətçiliyin təməl prinsiplərinin yaradılaraq möhkəmləndirildiyini, müstəqil Azərbaycanın dünya birliyinin tamhüquqlu üzvünə çevrildiyini, Heydər Əliyev dühasının, qüdrəti və zəngin dövlətçilik təcrübəsinin xalqımızı vahid milli ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdiyini bildirdi.
Tədbirin sonunda Rayon İcra Hakimiyyəti başçısı Tahir Budaqov ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilmiş müsabiqə və yarışların qaliblərini, Gül bayramı tədbirində fərqlənənləri, “Şahin” hərbi-idman oyununun iştirakçılarını qalibiyyətləri münasibətilə mükafatlandırdı.