Rayon İcra Hakimiyyətinin başçısı yanğın baş verən ərazidə olub
26 mart 2019 | 16:00
26 mart 2019-cu il tarixində Nizami rayonunda Q.Qarayev prospektində yerləşən “Diqlas” Ticarət Mərkəzində və yaxınlığındakı digər təyinatlı obyektlərdə güclü yanğın baş verib. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Aviasiya dəstəsinin 3 ədəd helikopteri cəlb olunub və yanğınsöndürmə işləri, digər təxirəsalınmaz tədbirlər görülür.
Qeyd edək ki, hadisə yerində Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Daxili işlər nazirinin müavini Oruc Zalov və Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov olub.