Şriftin ölçüsü :

Saytın rəngi :

06 may 2013-cü il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə rayonun Heydər-bağı park-bulvarında Gül bayramı keçirilmişdir.

07 may 2013 | 15:00

06 may 2013-cü il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə rayonun Heydər-bağı park-bulvarında Gül bayramı keçirilmişdir.
Bayram tədbirində millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, idarə, müəssisə və təşkilatların rəhbərləri, təlim-tərbiyə müəssisələrinin müəllim, şagird, valideyn kollektivləri, rayon sakinləri iştirak etmişlər.
Bayram şənliyinə təntənəli Gül paradı ilə start verilmişdir.
Gül bayramında 24 orta ümumtəhsil məktəbinin, 24 uşaq bağçasının kollektivlərinin hazırladıqları gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, müxtəlif əl işlərindən ibarət eksponatlar nümayiş etdirilmişdir. 5 nominasiya üzrə sərgilənən işlərə Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası baxış keçirmişdir.
Parkda Heydər Əliyev adına Bakı Neft Emalı zavodundakı “Riforminq” qurğusunun, Heydər Əliyev Mərkəzin və Alov Fəvvarə Kompleksi maketlərinin güllərdən hazırlanmış kompozisiyaları xüsusi maraqla qarşılanmışdır.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri parkı gəzərək gül ekspozisiyaları ilə tanış olublar.
Heydər Əliyev Sarayının qarşısındakı parkda təşkil edilmiş Gül bayramı tədbirində də rayonumuz layiqincə təmsil olunmuşdur.

Keçidlər