Nizami rayonunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş inşa yazı müsabiqəsi keçirilib
29 mart 2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən "31 mart – Azərbaycanlıların Soyqırımı Günü" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
İlk öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra 220 nömrəli məktəb-liseyin müəllimi Əfsanə Məmmədova müsabiqə iştirakçılarına soyqırım haqqında geniş məlumat verib.
Müsabiqədə 17 şagird iştirak edib. 1-ci yerə 220 nömrəli məktəb-liseyin şagirdi Leyla Şəfaqətova, 2-ci yerə 229 nömrəli tam orta məktəbin şagirdi Fidan Qocayeva, 3-cü yerə 242 nömrəli tam orta məktəbin şagirdi Nigar Əlizadə layiq görülüblər.
Sonda Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən qaliblərə diplomlar təqdim olunub.