Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində növbəti tədbir keçirilib

05 aprel 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2019-cu il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə  aprel ayının 5-də 12 №-li orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlər və onların törətdiyi fəsadlar” mövzusunda maarifləndirici dəyirmi masa təşkil edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Fərid Tağıyev və 12 №-li məktəbin direktoru Rahim Novruzov çıxış edərək zərərli vərdişlər, onların törətdiyi fəsadlar haqqında məlumatlar verib, sağlam həyat tərzinın formalaşdırılması ilə bağlı şagirdlərə tövsiyələrini çatdırıblar.

Tədbirdə qeyd olunub ki, gənc nəslin sağlam ruhda böyüməsi, zərərli vərdişlərdən birdəfəlik uzaq durması istiqamətində hər birimiz əməli fəaliyyət göstərməli, bu sahədə təbliğat işlərini daha da gücləndirməli, yerlərdə mütəmadi görüşlər keçirməliyik.

Tədbirdə şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, həmçinin narkomaniya və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarx nümayiş olunub.

Keçidlər