Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Aprel döyüşlərinin 3-cü ildönümü münasibətilə anım tədbiri keçirilib

05 aprel 2019 | 16:00

05 aprel 2019-cu il tarixində Keşlə qəsəbəsindəki 227 №-li tam orta məktəbdə “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Ehtiyat Zabitlər Konfederasiyasının sədri, general-mayor Məmmədhüseyn Sarıyev, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, “Xocalı soyqırımının tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızı, aprel şəhidi Tural Qurbanovun atası Gürşad Qurbanov, şəhid Zakir Cəfərovun nənəsi Firəngiz Abdullayeva və məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək bildiriblər ki, Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək döyüş keyfiyyətlərinə malikdir. Erməni ordusunun məğlubedilməzliyi haqda yaranmış mif tamamilə darmadağın edildi. Aprel döyüşləri zamanı qazandığı qələbə Azərbaycan Ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk böyük qələbə idi.

Çıxışlarda xüsusilə vurğulanıb ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olub.

Çıxış edənlər onu da qeyd ediblər ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu. Bunun, eyni zamanda, hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində böyük rolu var. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə hazırdır. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir.

Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söylənilib, Aprel şəhidlərinə həsr olunmuş “Şərəfli ömür yolu” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

 

Keçidlər