Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “İcbari və könüllü sığorta növlərinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib

09 aprel 2019 | 16:00

09 aprel 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “İcbari və könüllü sığorta növlərinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Maliyyə Bazarına Nəzarət Palatasının Sığorta Fəaliyyətinə Nəzarət və Dövlət Sığorta Şirkətinin Hüquq və Kadr Departamentlərinin, Azərbaycan Sığortaçılar Assosiyasiyası, “Standard İnsurance” Sığorta Şirkəti, Paşa Sığorta ASC-nin nümayəndələri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon Icra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, mənzil-tikinti kooperativlərinin, sosial obyektlərin, ticarət mərkəzlərinin, sənaye müəssisələrinin rəhbərləri və rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirdə mütəxəssislər sığorta sahəsi və könüllü sığorta ilə icbari sığortanın fərqləri barədə dolğun məlumat verib, sığorta olunmağın vacibliyindən, baş verən bədbəxt hadisələrə qarşı vaxtında sığortalanmağın faydalarından danışıblar. Mütəxəssislər tərəfindən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, eləcə də könüllü sığorta növlərindən olan ev əmlakının sığortası, avtonəqliyyat vasitələrinin tam sığortası, fərdi qəza sığortası baş vermiş konkret hadisələr ətrafında təhlil edilərək tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə əhali arasında sığorta sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, insanların sığorta savadlılığının artırılması və sığorta mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin bildirilib ki, maarifləndirmə tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemlər – məlumatsızlığın aradan qaldırılması, sığortaya inamın yüksəldilməsi və sığorta proseduralarının sadələşdirilməsini əhatə etməlidir.

Tədbirdə sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Keçidlər