Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

10 aprel 2019 | 16:00

10 aprel 2019-cu il tarixində 238 №-li tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, həmin şöbənin baş məsləhətçisi Fərhad Əsgərov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi komissiyanın üzvləri tərəfindən referatları seçilmiş şagirdlərin oxuduqları tam orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərlər iştirak ediblər.

İlk öncə konfrans iştirakçıları məktəbin foyesində təşkil olunmuş sərgiyə baxıblar.

Konfransı açıq elan edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə məlumat verərək qeyd edib ki, müsabiqənin rayon mərhələsində 22 məktəbin şagirdləri iştirak edib, ümumilikdə 5 mövzu üzrə 45 iş təqdim olunub və komissiya tərəfindən 7 ən yaxşı referat seçilib. Bugünkü elmi-praktik konfransda həmin referatlar təqdim ediləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır.

328 №-li tam orta məktəbin direktoru Asif Nəbiyev çıxışında xüsusilə vurğulayıb ki, şagirdlərimizin milli-mənəvi və vətənpərvərlik tərbiyəsi ruhunda tərbiyə almasında belə tədbirlərin böyük əhəmiyyəti vardır.

Daha sonra, komissiya tərəfindən referatları seçilən məktəblilər – 227 №-li tam orta məktəbin 11-ci sinif şagirdi Əlizadə Aydan Əsəd qızı “Atropatena dövləti”, “Zəngi” liseyinin 10-cu sinif şagirdi İsmayılov Telman Mübarək oğlu “Azərbaycan Səlcuq imperiyasının tərkibində”, 32 №-li tam orta məktəbin 10-cu sinif şagirdi Məhərrəmli Sevil Turan qızı  “Quba xanlığı”, 312 №-li tam orta məktəbin 8-ci sinif şagirdi Xanbabalı Çingiz Nail oğlu və 10 №-li tam orta məktəbin 8-ci sinif şagirdi Atakişiyeva Ayla Vahid qızı “Sovet Rusiyasının Azərbaycana təcavüzü – Azərbaycan Xalq Cümhuriyyətinin süqutu”, 129 №-li tam orta məktəbin  9-cu sinif şagirdi Mövsümova Emiliya Emin qızı və 12 №-li tam orta məktəbin 8-ci sinif şagirdi Əliyeva Əlvan Əli qızı “İlham Əliyev və iqtisadi inkişaf” adlı mövzular üzrə təqdimatla çıxış ediblər.

Konfransın sonunda komissiya tərəfindən 5 referat işi seçilərək müsabiqənin 2-ci mərhələsində iştirak etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunması qərara alınıb. Həmçinin qaliblər təbrik edilib, onlara yeni yaradıcılıq və tədqiqat uğurları arzulanıb.

 

Keçidlər