Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

11 aprel 2019 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq 11 aprel 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 10 №-li tam orta məktəbdə növbəti səyyar qəbul keçirib.

Səyyar qəbul 3 №-li  sahə inzibati ərazi dairəsi üzrə Babək prospekti 99, 101, İ.Məmmədov küçəsi 2/4, 3 ünvanlarda yaşayan sakinlərlə keçirilib.

Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbulda sakinlər məhəllədaxili yolların asfaltlanması, mənzillə təminat, binaların dam örtüklərinin və istilik sisteminin təmiri, pilləkən qəfəsələrinin şüşələnməsi, zirzəmilərin dezinfeksiya olunması, məhəllədə uşaq-əyləncə qurğularının quraşdırılması, küçə işıqlarının bərpası və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Rayon sakinlərinin arzu və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, araşdırılmasına ehtiyac olan digərlərinin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

 

Keçidlər