Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində “OCEP 2019 - Dostluq, həmrəylik” adlı tədbir keçirilib

30 aprel 2019 | 16:00

30 aprel 2019-cu il tarixində “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində 238 nömrəli tam orta məktəbdə Azərbaycan və Gürcüstan dövlətlərinin qardaşlaşması ilə əlaqədar “OCEP 2019 - Dostluq, həmrəylik” adlı tədbir keçirilib.

Tədbirdə Gürcüstanın Azərbaycandakı səfirliyinin müşaviri Giorgi Buaçidze, Milli Olimpiya Komitəsinin əməkdaşı Səkinə Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Orxan Bəhramov, KİV nümayəndələri, məktəbin müəllim heyəti və şagirdləri iştirak ediblər.

Tədbir məktəbli idmançıların nümunəvi çıxışları ilə başlayıb. Sonra məktəbin foyesində Azərbaycan və Gürcüstanın tarixi, mədəniyyəti, milli mətbəxlərinə aid sərgiləri nümayiş etdirilib.

Tədbirdə şagirdlərin ifasında Azərbaycan və Gürcüstan dövlətlərinin milli rəqsləri və musiqilərindən ibarət bədii proqram təqdim olunub.

Tədbirdə çıxış edən 238 nömrəli tam orta məktəbin direktoru İlqar Talıbov, Gürcüstanın Azərbaycandakı səfirliyinin müşaviri Giorgi Buaçidze, Milli Olimpiya Komitəsinin əməkdaşı Səkinə Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Bakı-2019 Avropa Yeniyetmələrin Yay Olimpiya Festivalını Azərbaycan və Avropa məktəblərinin vasitəsilə təşviq etmək, Olimpizm və Olimpiya dəyərlərini təbliğ etmək olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində həyata keçirilən tədbirlər əsasən maarifləndirici xarakter daşıdığından onlar daha çox Olimpiya hərəkatının təşviqinə xidmət edir. Eyni zamanda qeyd edilib ki, həyata keçirilən layihə Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına böyük töhfə verəcək.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

 

Keçidlər