Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda OCEP-2019 layihəsi çərçivəsində “Dostluq” idman festivalı keçirilib

20 may 2019 | 16:00

20 may 2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə OCEP-2019 layihəsi çərçivəsində “Dostluq” idman festivalı keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Əli Axundov, həmin şöbənin müdir müavini Bəhman Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, inkişaf layihələr sektorunun aparıcı məsləhətçisi  Səkinə Ağalarova, Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri  Mehman Kərimov, Səkinə Vəliyeva, məktəb-liseyin şagird-müəllim kollektivi iştirak ediblər.

OCEP - Olimpiya Mədəniyyəti və Təhsil Proqramıdır. Başlıca məqsəd Avropa Olimpiya Komitələrinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.

Bakı-2019 Avropa Yeniyetmələrin Yay Olimpiya Festivalı çərçivəsində keçirilən bu idman festivalı Andorra və Azərbaycanın qardaşlaşmış əlaqələrinin təbliğinə həsr olunub.

Festival üçrəngli müqəddəs bayrağımizin meydana gətirilməsi və Dövlət himninin səslənməsi ilə açılıb. Daha sonra komandalar arasında müxtəlif idman yarışları keçirilib, həmçinin mahnılar ifa edilib, Andorra və Azərbaycanın qardaşlıq rəqsi nümayiş olunub.

Tədbirin sonunda qaliblər mükafatlandırılıblar.

 

Keçidlər