Şriftin ölçüsü :

Saytın rəngi :

Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak etmiş, 172 və 190 nömrəli körpələr evi-uşaq bağçalarının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdu

27 sentyabr 2013 | 15:00

26 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Çobanzadə küçəsi, 2405-ci məhəllədə valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak etmiş, sonra B.Nuriyev küçəsi 15 ünvanında 172 və B.Nuriyev küçəsi 33 ünvanında 190 nömrəli körpələr evi-uşaq bağçalarının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Çobanzadə küçəsi, 2405-ci məhəllədə valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün yeni inşa olunmuş yaşayış binasının açılışında iştirak etmişdir.
Ənənəvi olaraq Mehriban xanım Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni inşa olunmuş binada 34 birotaqlı, 32 ikiotaqlı və 2 üçotaqlı mənzil olduğu,  mənzillərin məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edildiyi Mehriban xanım Əliyevanın nəzərinə çatdırıldı. Valideyn himayəsindən məhrum olan gənclərin həyat şəraitinin yaxşılaşdırılmasının  daim diqqət mərkəzində saxlanıldığı qeyd edildi.
Daha sonra Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva 172 və 190 nömrəli körpələr evi-uşaq bağçasının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olarkən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov keçən əsrin 60-70-ci illərində tikilib istifadəyə verilmiş 172 və 190 nömrəli  körpələr evi-uşaq bağçalarında "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ötən ildə yenidənqurma işlərinə başlanıldığını, uşaqlar üçün yüksək şəraitin yaradıldığını bildirmişdir.
Yenidənqurmadan sonra 172 nömrəli körpələr evi-uşaq bağçasında 12 qrupun fəaliyyət göstərəcəyi, 2 yaşdan 6 yaşadək olan 240 uşağın təlim-tərbiyəsi ilə 31 nəfər mütəxəssisin məşğul olacağı, 190 nömrəli körpələr evi-uşaq bağçasında isə 12 qrupun fəaliyyət göstərəcəyi, 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə 36 mütəxəssisin məşğul olacağı Mehriban xanım Əliyevanın diqqətinə çatdırıldı.

Keçidlər