Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

29 may 2019 | 16:00

29 may 2019-cu il tarixində Kimya-biologiya təmayüllü Respublika liseyində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Ş.Mirzəyev küçəsi 40/2, 40/3, 42, 44, 46, 48, K.Balakişiyev küçəsi 26, 28 və 30 ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlər isə qanunvericiliyə uyğun, operativ həlli üçün nəzarətə götürülərək, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər