Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə asfalt üzərində rəsm müsabiqəsi keçirilib

31 may 2019 | 16:00

31 may 2019-cu il tarixində 251 nömrəli tam orta məktəbdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə asfalt üzərində rəsm müsabiqəsi keçirilib.

Açılış mərasimində çıxış edən Nizami Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vasif İsayev, aparıcı məsləhətçi Səadət Quliyeva və 251 nömrəli tam orta məktəbin direktoru Aygün Əzizova müsabiqə iştirakçılarını və tamaşaçıları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər. Ölkə başçısı cənab İlham Əliyevin uşaqların sağlam və firavan böyüməsinin, onların yüksək səviyyədə təhsil almasının dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən etdiyini  vurğulayan natiqlər ölkəmizdə uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin görüldüyünü,  uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlərin Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimləndiyini, uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının formalaşdığını, “Uşaq hüquqları haqqında” qanun və digər normativ-hüquqi aktların qəbul edildiyini diqqətə çatdırıblar və bildiriblər ki, uşaqlar bizim gələcəyimizdir, ölkəmizin gələcəyi onların əlindədir və onların müdafiəsinə hamılıqla qoşulmaq hər bir vətəndaşın borcudur.

Sonra şagirdlər asfalt üzərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan  rəsmlər çəkiblər.

Müsabiqədə 1-ci yerə 201 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Hihad, 2-ci yerə 238 nömrəli tam orta məktəbin şagirdi Əliyev Rəcəb və 3-cü yerə 251 nömrəli tam orta məktəbin şagirdi Tretyakova Alina layiq görülüblər.

Sonda qaliblərə Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Keçidlər