Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr 2013-cü il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 1 nömrəli Uşaq evinin sakinləri ilə görüşmüşdür.

28 sentyabr 2013 | 15:00

27 sentyabr 2013-cü il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 1 nömrəli Uşaq evinin sakinləri ilə görüşmüşdür.
Leyla xanım Əliyeva ilk öncə uşaqların yaşayış şəraiti ilə tanış olmuş, uşaq evinin sərgi studiyasında onların əl işlərindən ibarət sərgiyə baxmışdır.
1 nömrəli Uşaq evində 60 uşağın cəlb olunduğu xalçaçılıq, rəssamlıq, informatika və digər dərnəklərin fəaliyyət göstərdiyi Leyla xanım Əliyevanın nəzərinə çatdırıldı. Eyni zamanda uşaq evinin sakinlərinin əl işlərindən ibarət sərgilərinin müxtəlif ölkələrdə təşkil olunduğu, həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də onların yaxından iştirak etdikləri bildirildi.
Sonda 1 nömrəli uşaq evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.

Keçidlər